...

TOTAL: Enerji balansında qazın payı artmaqdadır

Energetika Materials 16 Oktyabr 2019 10:54 (UTC +04:00)
Enreji balansında qazın payı artmaqdadır.
TOTAL: Enerji balansında qazın payı artmaqdadır

Bakı. Ləman Zeynalova - Trend:

Enreji balansında qazın payı artmaqdadır.

Trend-in məlumatına görə, bunu Bakıda keçirilən Xəzər Texniki Konfransında TOTAL şirkətinin Azərbaycandakı baş direktoru və nümayəndəsi Denis Lemarşal deyib.

Baş direktor bildirib ki, hazırda vacib olan məsələlərdən biri iqlim dəyişmələri şəraitində strategiyanın adaptasiyasıdır.

D.Lemarşal qeyd edib: "Biz strategiyamızı buna uyğunlaşdırmağa qərara almışıq. TOTAL 2025-ci ilə qədər xərcləri rəqəmsal tranformasiyaya çatdırmağı planlaşdırır. Bunun üçün bizdə lazımi vəsitələr var. Süni intellektin köməyi ilə bu sahədə potensialımızı gücləndirmək üçün müxtəlif metodlardan istifadə etməyi düşünürük".

Baş direktor daha sonra əlavə edib ki, TOTAL şirkəti qazın gələcəyini daha parlaq görür, belə ki, enerji balansında onun payı kömür və neftə nisbətən artmaqdadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti