...

“Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının növbəti iclasının keçiriləcəyi vaxt açıqlanıb

Energetika Materials 15 Yanvar 2020 13:53 (UTC +04:00)
“Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının altıncı iclası 2020-ci il fevralın 28-də Bakıda keçiriləcək
“Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının növbəti iclasının keçiriləcəyi vaxt açıqlanıb

Bakı. Ləman Zeynalova - Trend:

“Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının altıncı iclası 2020-ci il fevralın 28-də Bakıda keçiriləcək.

Bu barədə Trend-ə Energetika Nazirliyindən bildiriblər.

Xatırladaq ki, “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının birinci iclası 2015-ci il fevralın 12-də, ikinci iclası 2016-cı il fevralın 28-də, üçüncü iclası 2017-ci il fevralın 23-də, dördüncü iclası 2018-ci il fevralın 15-də, beşinci iclası 2019-cu il fevralın 20-də baş tutub.

Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” “Şahdəniz 2” yatağından hasil olunan Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqli üçün boru kəmərləri infrastrukturunun yaradılmasını nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti