...

SOCAR neft və qaz hasilatını artırıb

Energetika Materials 14 Aprel 2020 19:18 (UTC +04:00)
SOCAR neft və qaz hasilatını artırıb

Trend-i buradan izləyin

Bakı. Trend:

SOCAR 2020-ci ilin I rübündə qazma, hasilat, emal və ixrac göstəricilərini açıqlayıb.

Şirkətdən Trend-ə bildirilib ki, 2020-ci ilin birinci rübündə öz imkanları ilə istismar etdiyi yataqlarda 1,9 milyon ton neft, 1,8 milyard kubmetr qaz hasil edib. Ölkə üzrə qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz artaraq, 10 milyard kubmetr, neft hasilatı 9,3 milyon ton təşkil edib. SOCAR-ın özünün istismar etdiyi yataqlarda hasilatın artmasına baxmayaraq, ümumilikdə ölkə üzrə neft hasilatının idarəolunan templə təbii azalması davam edib.

SOCAR 26 min metrə yaxın, o cümlədən mart ayında təqribən 9 min metr həcmində qazma işləri həyata keçirib.

2020-ci ilin ilk üç ayında SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda 1,5 milyon tondan çox məhsul istehsal olunub. Qaz Emalı Zavodunda isə həmin dövr ərzində 1,1 milyard kubmetr qaz emal edilib. Həmçinin SOCAR-ın Azərikimya İB-nin müəssisələrində 167 min tona yaxın9 xammal emal olunaraq, müvafiq məhsullar istehsal edilib.

Cari ilin birinci rübündə SOCAR tərəfindən ölkədən 5.4 milyon tona yaxın xam neft, 3,5 milyard kubmetr həcmində təbii qaz ixrac olunub. Ölkə daxilində qazın faktiki istehlak səviyyəsi isə 4,1 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 7 faiz çoxdur. Ölkə daxilində qaz istehlakının artımı əsasən əhali kateqoriyasında birbaşa istehlak səviyyəsinin yüksəlməsi və qaz-kimya sənayesinin inkişafı hesabına olub. Neft emalı və neft-kimya məhsullarının ixracı isə yanvar-mart aylarında təqribən 534 min ton təşkil edib.

Hesabat dövründə xarici bazarlara 94 min tona yaxın metanol, 43 min tona yaxın karbamid ixrac edilib. “SOCAR Polymer” tərəfindən istehsal olunan polimer məhsulları artaraq 49 min tondan artıq olub, bunun da 43 min tondan çoxu, yəni 89 faizi ixraca göndərilib, 5 faizə yaxın hissəsi isə daxili bazarda reallaşdırılıb.

Bu ilin birinci rübü üzrə SOCAR-ın istehsalat göstəricilərində nəzərə çarpan əsas dəyişiklik budur ki, şirkət xam nefti və təbii qazı daha çox ölkə daxilindəki emal müəssisələrinə yönləndirib. Başqa sözlə, hasil olunan məhsulun artıq xammal kimi ixrac edilməsi azalmış, həmin xammaldan kimya məhsullarının istehsal səviyyəsi isə yüksəlib.

Xammal SOCAR-ın kimya müəssisələrində yüksək əlavə dəyərə malik olan kimya məhsulları halına gətiriləndən sonra daxili bazarda reallaşdırılır və ixrac olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti