Bakı. Trend:
2020-ci ilin yanvar-iyul ayları üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, iyul ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2395,1 mln. kVt·st, ixracı 110,7 mln. kVt·st, idxalı 15,9 mln. kVt·st olub. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə iyul ayında respublika üzrə elektrik enerjisinin istehsalı 26,2 mln. kVt·st, ixrac 9 mln. kVt·st artıb, idxal isə 2,6 mln. kVt·st artıb.
Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, bu ilin yanvar-iyul aylarında isə respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 96 mln.kVt·st artaraq 15346,9 mln. kVt·st olub.
Hesabat dövründə ötən ilin 7 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 381,5 mln. kVt·st artaraq 14358,9 mln. kVt·st, SES-lərdə 277,4 mln. kVt·st azalaraq 774,5 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 8,1 mln. kVt·st azalaraq 213,5 mln. kVt·st olub. Külək Elektrik Stansiyalarında 63,03 mln. kVt·st, Günəş Elektrik Stansiyalarında 28 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 122,5 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
Yanvar-iyul aylarında elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 13726,7 mln. kV·ts (İES-lərdə 13086,6 mln. kVt·st, SES-lərdə 640,1 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 243,6 mln. kV·st (İES-lərdə 98,6 mln. kVt·st, SES-lərdə 120,9 mln. kVt·st, Günəş ES-də 24,1 mln. kVt·st), Müstəqil Elektrik Stansiyaları üzrə 1376,6 mln. kVt·st təşkil edib.
Bu dövrdə elektrik enerjisinin ixracı 731,8 mln. kVt·st olmaqla, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 43,3 mln. kVt·st, idxalı isə 87,4 mln. kVt·st olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 6,4 mln. kVt·st azalıb.