...

Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycanın enerji sektorunda 2 layihə reallaşdırır

Energetika Materials 26 Fevral 2021 21:00 (UTC +04:00)
Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycanın enerji sektorunda 2 layihə reallaşdırır

Bakı. Ləman Zeynalova, tərcümə Orxan Nəbiyev - Trend:

Dünya Bankı Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə birgə Azərbaycanda Energetika Nazirliyi ilə əməkdaşlıqda iki texniki dəstək layihəsinin reallaşdırılmasına başlayır.

Bunu Trend-ə Dünya Bankının Cənubi Qafqaz üzrə regional meneceri Sara Maykl deyib.

O bildirib ki, bu əməkdaşlıq enerji sektorunun və bazar islahatlarını, eləcə də dəniz küləyi energetikasının inkişafı proqramını əhatə edir:

"Dəniz küləyi ilə bağlı olarq Bank hökumətə dəniz küləyinin Azərbaycanda elektrik enerjisinə tələbatda və dayanıqlı inkişaf məqsədlərində oynayacağı rolu barədə balanslaşdırılmış və strateji analiz təqdim edəcək. Bazar islahatlarına gəldikdə Bank Azərbaycanda elektrik enerjisi bazarının inkişafı üçün zəruri olan aparıcı elementlərin müəyyənləşdirilməsində hökuməti dəstəkləyəcək".

O əlavə edib ki, Dünya Bankı Azərbaycanın enerji sektorunda iştirak üçün yeni imkanları öyrənməyə də hazırdır:

"Dünya Bankı 1992-ci ildə etibarən Azərbaycanın etibarlı tərəfdaşı olaraq 50-dən çox investisiya layihəsini maliyyələşdirib. Bu layihələr iqtisadi artımı sürətləndirən bir çox sektorları, ticarət, rabitə, dövlət xidmətlərinin göstərilməsi sahələrini əhatə edib. Enerji sektoru da bu sırada yer alıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti