...

ABŞ Energetika Nazirliyi Azərbaycanda neft hasilatı ilə bağlı proqnozlarını yüksəldib

Energetika Materials 10 Mart 2021 11:31 (UTC +04:00)
ABŞ Energetika Nazirliyi Azərbaycanda neft hasilatı ilə bağlı proqnozlarını yüksəldib

Trend-i buradan izləyin

Bakı. Ləman Zeynalova, tərcümə Orxan Nəbiyev - Trend:

2021-ci ildə Azərbaycanda neft və maye karbohidrogen hasilatı 0,77 milyon barel/sutka səviyyəsində gözlənilir.

Trend-in məlumatına görə, bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsinin (EIA) hesabatında deyilir. Əvvəlki hesabatda bu göstərici 0,73 milyon barel/sutka proqnozlaşdırılmışdı.

2021-ci ildə rüblük hasilat birinci rübdə 0,75 milyon, ikinci rübdə 0,76 milyon, üçüncü rübdə 0,77 milyon, dördüncü rübdə isə 0,79 milyon barel/sutka səviyyəsində proqnozlaşdırılır.

2022-ci ildə isə proqnozlara əsasən Azərbaycanda neft və maye karbohidrogen hasilatı 0,82 milyon barel/sutka olacaq. Əvvəlki hesabatda 2022-ci ildə neft hasilatı üzrə proqnoz 0,78 milyon barel/sutka təşkil etmişdi.

Gələn il rüblük hasilat birinci rübdə 0,81 milyon, ikinci rübdə 0,82 milyon, üçüncü rübdə 0,81 və dördüncü rübdə 0,83 milyon barel/sutka təşkil edəcək.

2020-ci ildə Azərbaycanda neft və maye karbohidrogen hasilatı sutkada orta hesabla 0,71 milyon barel təşkil edib.

EIA-nın göstəricilərinə görə, 2020-ci ilin birinci, ikinci, üçüncü və dördüncü rüblərində hasilat müvafiq olaraq sutkada 0,77, 0,7, 0,67 və 0,69 milyon barel təşkil edib.

Xəbər lenti

Xəbər lenti