...

"Brent" markalı neftin qiyməti 64,98 dollara yüksəlib

Energetika Materials 1 Aprel 2021 22:07 (UTC +04:00)
"Brent" markalı neftin qiyməti  64,98 dollara yüksəlib

Bakı. Trend:

"OPEC plyus" ölkələrinin 2021-ci ilin may ayından neft hasilatını artırmaq qərarından sonra "Brent" markalı neftin may fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında 3,6 faiz bahalaşaraq 64,98 dollar/barel təşkil edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ticarət platformasının məlumatlarında bildirilib.

"WTI" markalı neftin may fyuçerslərinin qiyməti isə 4,1 faiz bahalaşaraq 61,59 dollar/barel təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti