Bakı. Trend:
Qərbi Azəri platformasında hasilat bərpa edilib.
BP-dən Trend-ə verilən məlumata görə, platformada 2021-ci il aprel ayının 22-də başlanmış 15 günlük planlaşdırılmış profilaktik işlər proqramı təhlükəsiz şəkildə və uğurla başa çatıb.
Proqramda nəzərdə tutulmuş bütün işlər - inspeksiya və layihə işləri vaxtından əvvəl – mayın 4-də uğurla tamamlanıb və platformadan hasilat başlanıb. Hazırda hasilatın tədricən normal səviyyəyə çatdırılması plan üzrə davam edir.