...

BP SWAP layihəsi çərçivəsində ikinci quyu üçün ekolji qiymətləndirmənin nəticələrini açıqlayacaq

Energetika Materials 26 May 2021 12:06 (UTC +04:00)
BP SWAP layihəsi çərçivəsində ikinci quyu üçün ekolji qiymətləndirmənin nəticələrini açıqlayacaq

Bakı. Ləman Zeynalova - Trend:

Böyük Britaniyanın BP şirkəti Abşeron yarımadasının dayaz sularında SWAP layihəsi çərçivəsində qazılması planlaşdırılan ikinci quyu üçün ekoloji və sosial-iqtisadi təsirin qiymətləndirilməsinin nəticələrini açıqlamağa hazırlaşır.

Bu barədə Trend-ə "BP Azerbaijan" şirkətindən bildiriblər.

Məlumata əsasən, nəticələrin 2021-ci ilin üçüncü rübündə açıqlanması planlaşdırılır.

Qeyd edək ki, BP SWAP layihəsi çərçivəsində birinci quyunun qazılması üçün hazırlıq işlərini başa çatdırır.

Bu layihə çərçivəsində ümumilikdə 3 quyunun qazılması planlaşdırılır.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti