...

ABŞ 2050-ci ilə qədər ənənəvi aviasiya yanacağından imtina etmək niyyətindədir

Energetika Materials 11 Avqust 2021 06:29 (UTC +04:00)
ABŞ 2050-ci ilə qədər ənənəvi aviasiya yanacağından imtina etmək niyyətindədir

Bakı. Trend:

ABŞ ənənəvi aviasiya yanacağından istifadəni dayandırmaq niyyətindədir.

Trend-in "Reuters"ə istinadən verdiyi məlumata görə, ABŞ Prezidenti Cozef Baydenin administrasiyası bunun reallaşdırılması üçün 2050-ci ilə qədər vaxt təyin etmək imkanını nəzərdən keçirir.

Məlumata əsasən, bu addım iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində atılır. ABŞ ümid edir ki, 2050-ci ildən sonra aviaşirkətlər yalnız bərpa olunan mənbələrdən hazırlanan yanacaqdan istifadə edəcəklər.

Qeyd edilir ki, bununla bağlı müzakirələr hələ ilkin mərhələdədir.

Digər təfərrüatlar barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti