...

Macarıstan AÇG yataqlar blokuna qoyulan investisiyanın həcmini açıqlayıb

Energetika Materials 11 Avqust 2021 20:33 (UTC +04:00)
Macarıstan AÇG yataqlar blokuna qoyulan investisiyanın həcmini açıqlayıb

Bakı. Ləman Zeynalova - Trend:

Macarıstanın "MOL Group" şirkəti 2021-ci ilin ikinci rübündə "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi layihəsinə 36,6 milyon dollar məbləğində əsaslı investisiya yatırıb.

Trend bu barədə şirkətin hesabatına istinadən məlumat verir.

Qeyd olunur ki, həmin məbləğin böyük hissəsi, 36,4 milyon dolları "Azəri-Çıraq-Günəşli" blokunun işlənməsinə yönəlib. Şirkətin blok üzrə digər xərcləri 0,2 milyon dollar olub.

2021-ci ilin birinci rübündə şirkətin AÇG-yə əsaslı investisiyaları 44,3 milyon dollar təşkil etmişdi.

Qeyd edək ki, "MOL Group" "Azəri-Çıraq-Günəşli" blokunda payın satın alınması üzrə sazişi 2020-ci ilin aprelində imzalayıb.

(Tərcümə: Orxan Nəbiyev)

Твиттер: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti