...

Qaz sayğacının dövri yoxlama müddəti bitən abonentlərə sms bildiriş göndəriləcək

Energetika Materials 19 Avqust 2021 17:08 (UTC +04:00)
Qaz sayğacının dövri yoxlama müddəti bitən abonentlərə sms bildiriş göndəriləcək

Bakı. Trend:

Artıq hansısa ünvanda quraşdırılan qaz sayğacının dövri yoxlama müddəti bitibsə, yəni sayğacın dəyişmə vaxtı çatıbsa, Birlik tərəfindən abonentin mobil telefonuna sms vasitəsilə bildiriş göndəriləcək.

"Azəriqaz" İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən müəyyən olunmuş qaydalara əsasən məişət tipli qaz sayğaclarının dövri yoxlama müddəti 5 il təyin olunub.

Yəni, bu vaxt bitdikdən sonra artıq qeyd olunan sayğacların çıxarılması təmin olunmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti