...

"SOCAR Türkiyə"nin səhmdarlar strukturunda dəyişiklik - SOCAR bütün səhmləri alıb

Energetika Materials 3 Sentyabr 2021 13:46 (UTC +04:00)
"SOCAR Türkiyə"nin səhmdarlar strukturunda dəyişiklik - SOCAR bütün səhmləri alıb

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi olan "Sermaye Investments Limited" "SOCAR Türkiyə"nin səhmlərinin 890 574 713-nün və ya təxminən 13 faizinin satın alınmasını başa çatdırıb.

Trend bu barədə Türkiyənin İctimai İnformasiyanın Açıqlanması Platformasına istinadən məlumat verir.

Bununla da SOCAR-ın "SOCAR Türkiyə"dəki bilavasitə və dolayı iştirakı 87 faizdən 100 faizədək çatıb.

Qeyd edək ki, satın alınan pay əvvəl "Goldman Sachs International" şirkətinə məxsus olub.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti