...

"bp" "Çıraq" platformasında hasilatın artırılması üçün yeni işlərə başlayacaq

Energetika Materials 8 Sentyabr 2021 13:03 (UTC +04:00)
"bp" "Çıraq" platformasında hasilatın artırılması üçün yeni işlərə başlayacaq

Bakı. Ləman Zeynalova - Trend:

"bp" şirkəti 2021-ci ilin sonunadək Xəzər dənizində "Azəri-Çıraq-Günəşli" (AÇG) neft yataqları blokunun "Çıraq" platformasında qazlift işlərini (karbohidrogenlərin hasilatı zamanı quyudan mayelərin sıxılmış enerji vasitəsilə əldə olunması üsulu) başlamağı planlaşdırır.

Bu barədə Trend-ə "bp Azerbaijan" şirkətindən bildiriblər.

Qeyd olunub ki, hazırda layihə plana uyğun reallaşdırılır: "Biz "Çıraq" platformasında qazlift işlərini ilin sonunadək başlamağı planlaşdırırıq. Layihə quyunun xidmət müddətinin uzadılması və hasilatın artırılması üçün platformada yüksək təzyiqli qazlift qurğularının quraşdırılmasını nəzərdə tutur".

Qeyd edək ki, 1997-ci ilin noyabrından istismarda olan "Çıraq" platforması "Azəri-Çıraq-Günəşli" yatağında 6 platformadan biridir. "Çıraq" bu günədək qazlift işlərinin həyata keçirilmədiyi yeganə AÇG platformasıdır.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Xəbər lenti

Xəbər lenti