Bakı. Ləman Zeynalova - Trend:
Yaxın gələcəkdə biz bərpa olunan enerji mənbələri sahəsində layihələrin reallaşdırılması məqsədilə hərracların keçirilməsini planlaşdırırıq və Rusiya şirkətlərini bu prosesdə görmək istərdik.
Trend-in məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov Rusiyanın "Nefteqazovaya Vertikal" jurnalına müsahibəsində deyib.
Nazir bildirib ki, hazırda bərpa olunan enerjinin inkişafı bütün dünyanın, o cümlədən Rusiya və Azərbaycanın diqqət mərkəzindədir: "Bu il Azərbaycanda "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" qanun qəbul edilib. Bu yaxınlarda, həmçinin "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanun qəbul olunub. Bunlarla əlaqədar olaraq bizim bu istiqamətdə fəaliyyətimiz genişlənəcək. Fikrimcə, bu sahədə biz uğurla əməkdaşlıq edə bilərik. Mən ümumilikdə ölkələrimiz arasında digər enerji sahələri üzrə əməkdaşlıq üçün heç bir maneə görmürəm".
Twitter: @Lyaman_Zeyn
(Tərcümə: Orxan Nəbiyev)