...

"bp" Azərbaycanda geoloji-kəşfiyyat layihəsindəki payını satmasının səbəblərini açıqlayıb

Energetika Materials 29 Sentyabr 2021 16:38 (UTC +04:00)
"bp" Azərbaycanda geoloji-kəşfiyyat layihəsindəki payını satmasının səbəblərini açıqlayıb

Bakı. Ləman Zeynalova - Trend:

"bp" şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Abşeron Yarımadasının Dayazsulu Hissəsi (AYDH) geoloji-kəşfiyyat layihəsindəki iştirak payının 50 faizini satmaq qərarını ölkədəki investisiya potensialını bərabər paylaşdırmaq və kapitalı şirkətin strategiyasına uyğun olaraq Azərbaycandakı biznesinin digər sahələrinə yönəltmək məqsədilə verib.

Bu barədə Trend-ə "bp Azerbaijan" şirkətindən bildiriblər

Qeyd olunub ki, şirkət müqavilə ərazisində kəşfiyyat davam edən müddətdə layihənin operatoru kimi qalacaq: "Biz Azərbaycanda karbohidrogenlərin hasilatı üzrə ən iri layihələrin operatoruyuq və dünyada ən uğurlu tərəfdaşlıq münasibətlərindən birini qurmuşuq. Biz fəxr edirik ki, bu regionda otuz ilə yaxındır təhlükəsiz və etibarlı şəkildə işləyirik. Biz növbəti üç onillik ərzində gətirmə dayanıqlı karbohidrogen biznesinə diqqət ayırmaqda davam edəcəyik".

Qeyd edək ki, bp Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Abşeron Yarımadasının Dayazsulu Hissəsi (AYDH) geoloji-kəşfiyyat layihəsindəki iştirak payının yarısını LUKOYL şirkətinə satmağı razılaşdırıb.

Alqı-satqı əməliyyatı tamamlandıqdan sonra bp-nin AYDH layihəsində 25% iştirak payı olacaq. bp, həmçinin geoloji-kəşfiyyat dövründə AYDH hasilatın pay bölgüsü haqqında sazişinin (HPBS) operatoru olaraq qalacaq. Sövdələşmə bitdikdən sonra AYDH sazişində iştirak payları belə olacaq: SOCAR-ın Ortaq Neft Şirkəti – 50%, bp – 25% və LUKOYL – 25%.

Bu sövdələşmənin Azərbaycan hökuməti tərəfindən təsdiq olunduqdan sonra 2021-ci il 1 iyul tarixindən qüvvəyə minməklə bu ilin dördüncü rübündə başa çatacağı gözlənilir.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti