...

Rusiyada neft hasilatı 7 faizdən çox artıb

Energetika Materials 2 Oktyabr 2021 15:40 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

2021-ci ilin sentyabrında Rusiyada neft hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz artaraq 43,859 milyon ton təşkil edib.

Trend-in məlumatına görə, bu barədə Rusiya Yanacaq-Energetika Kompleksinin Mərkəzi Dispetçer İdarəsinin hesabatında deyilir.

Bu ilin yanvar-sentyabr aylarında isə bu göstərici 2020-ci ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz artaraq 387,3 milyon tona çatıb.

Sentyabr ayında Rusiyada "Rosneft" 16,5 milyon ton (8,1 faiz artım), "Lukoyl" 6,38 milyon ton (9,9 faiz artım), "Surqutnefteqaz" isə 4,64 milyon ton (8,1 faiz artım) neft hasil edib.

Bu il ərzində "Rosneft"in neft hasilatı 143,9 milyon ton, "Lukoyl"un neft hasilatı 55,9 milyon ton, "Surqutnefteqaz"ın neft hasilatı 40,6 milyon ton təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti