...

Sayğaclar dəyişdirilərkən abonent mexaniki sayğacdan imtina edə bilər - "Azəriqaz"ın rəhbəri

Energetika Materials 27 Oktyabr 2021 11:02 (UTC +04:00)
Sayğaclar dəyişdirilərkən abonent mexaniki sayğacdan imtina edə bilər - "Azəriqaz"ın rəhbəri

Bakı. Samir Əli - Trend:

İstismar müddəti bitmiş qaz sayğaclarının dəyişdirilməsi zamanı yeni sayğacların quraşdırılması prosesində abonentlərin istəyi nəzərə alınır.

Trend-in məlumatına görə, bunu "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib.

Baş direktor bildirib ki, köhnə sayğaclar dəyişdirilərkən abonent mexaniki sayğacdan imtina edə bilər: "Heç bir abonentə məcburi olaraq mexaniki sayğac quraşdırılmır. Bizim kifayət qədər yeni Smart tipli sayğac ehtiyatımız var. Sayğacların dəyişdirilməsi zamanı abonentin istəyinə uyğun olaraq ona yeni Smart sayğac quraşdırıla bilər".

Qeyd edək ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən müəyyən olunmuş qaydalara əsasən məişət tipli qaz sayğaclarının dövri yoxlama müddəti 5 il təyin olunub.

Yəni, bu vaxt bitdikdən sonra artıq qeyd olunan sayğacların çıxarılması təmin olunmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti