Bakı. Ləman Zeynalova - Trend:
Azərbaycanla Səudiyyə Ərəbistanı arasında neft-qaz sahəsində əməkdaşlıq dünya neft-qaz bazarının stabilliyi üçün həyati vacib əhəmiyyət daşıyır.
Trend-in məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov "Asharq Al-Awsat" nəşrinə müsahibəsində deyib.
"Səudiyyə Ərəbistanı uzun illər ərzində dünya bazarının balansının möhkəmlənməsinə və enerji daşıyıcılarının qiymətlərinin sabitləşməsinə töhfə verir. Azərbaycan dünya enerji bazarının stabilləşməsinin vacib kanallarından biri olan OPEC+ qrupuna qoşulub. Biz hazırda bu formulu stabilliyin artmasının və dünya enerji bazarında balansın əldə olunmasının vacib aləti kimi görürük" - deyə nazir bildirib.
P.Şahbazov əlavə edib ki, neft daha çox illər əsas enerji mənbəyi kimi qalacaq:
"Beləliklə, OPEC+un bazarın stabilliyinin təmin edilməsində rolu enerjinin gələcəyi üçün həyati əhəmiyyət daşımaqda davam edəcək. Qiymətlərin sabitləşməsindən daha vacib amil dünya enerji təchizatının dayanıqlığının təmin olunmasıdır".
Twitter: @Lyaman_Zeyn
(Tərcümə: Orxan Nəbiyev)