...

Şahdəniz 2-də daha bir quyudan hasilata başlanılıb

Energetika Materials 22 Noyabr 2021 13:21 (UTC +04:00)

Bakı. Trend:

"Şahdəniz 2" yatağının şimal cinahında beşinci quyudan hasilata başlanılıb.

bp-dən Trend-ə verilən məlumata görə, bu, 2021-ci ilin 4-cü rübünə planlaşdırılmış mühüm bir əməliyyatdır və layihə çərçivəsində təhlükəsiz və qrafikə uyğun şəkildə əldə edilmiş daha bir uğurdur:

"Mövcud Şahdəniz 1 və 2 qurğularının hasilat gücü hazırda gündə təxminən 70 milyon (ildə 25 milyarddan artıq) standart kubmetrdir.

2021-ci ilin iyul ayında ilk dəfə olaraq Şahdəniz Bravo platformasından gündəlik hasilat Şahdəniz Alfa ilə eyni səviyyəyə çatıb. İlin ilk üç rübündə yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 16 milyard standart kubmetr qaz və 3 milyon ton (təqribən 24 milyon barel) kondensat hasil edilib", - bp qeyd edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti