...

TAP-la birləşəcək interkonnektor Aleksandrupolisi yeni enerji qovşağına çevirəcək - Yunanıstanın XİN rəhbəri

Energetika Materials 11 Dekabr 2021 12:58 (UTC +04:00)
TAP-la birləşəcək interkonnektor Aleksandrupolisi yeni enerji qovşağına çevirəcək - Yunanıstanın XİN rəhbəri

Bakı. Ləman Zeynalova - Trend:

Yunanıstanın Aleksandrupolis limanını Trans-Adriatik boru kəməri ilə (TAP) birləşdirəcək interkonnektor şəhəri yeni enerji qovşağına çevirəcək.

Trend-in məlumatına görə, bunu Yunanıstanın xarici işlər naziri Nikos Dendias deyib.

"Aleksandrupolis limanı inkişaf edəcək, Mərkəzi və Şərqi Avropaya açılan qapı olacaq. Limandan bir neçə kilometr məsafədə inşa olunacaq mayeləşdirilmiş qaz terminalı və TAP-la birləşəcək interkonnektor Aleksandrupolisi və Frakiya bölgəsini yeni enerji qovşaqlarına çevirəcək", - deyə o, bildirib.

Qeyd edək ki, "Cənub Qaz Dəhlizi"nin Avropa hissəsi olan Trans-Adriatik qaz kəməri ilə qaz nəqli 2020-ci il dekabrın 31-dən etibarən başlayıb.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti