...

"Brent" neftinin qiyməti 100 dollardan aşağı düşüb

Energetika Materials 15 Mart 2022 15:30 (UTC +04:00)
"Brent" neftinin qiyməti 100 dollardan aşağı düşüb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Dünya bazarlarında "Brent" neftinin qiyməti 100 dollar həddindən aşağı düşüb.

Trend-in məlumatına görə, birjalarda "Brent" neftinin may fyuçersləri 98 dollar/barel ətrafında alınıb-satılır.

Ötən günlə müqayisədə neft qiymətləri 8 faizdən çox ucuzlaşıb.

Sonuncu dəfə "Brent" neftinin bir bareli martın 1-də 100 dollar həddindən aşağı olmuşdu.

Xatırladaq ki, ötən həftənin əvvəlində "Brent" neftinin qiyməti bir barel üçün 130 dolları ötmüşdü.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti