...

Fitch 2022-ci il üçün neftin qiyməti ilə bağlı proqnozunu artırıb

Energetika Materials 22 Mart 2022 04:01 (UTC +04:00)
Fitch 2022-ci il üçün neftin qiyməti ilə bağlı proqnozunu artırıb

Bakı. Trend:

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi 2022-ci ildə Brent markalı neftin orta illik qiymətinin bir barel üçün proqnozunu 70 dollardan 100 dollara, 2023-cü ildə 60 dollardan 80 dollara, 2024-cü ildə isə 53 dollardan 60 dollara qədər artırıb.

Trend-in məlumatına görə, bu barədə agentliyin açıqlamasında deyilir.

Bildirilir ki, 2022-2024-cü illər üçün neftin qiymətinin proqnozu Ukraynadakı münaqişədən sonra Rusiyanın karbohidrogen tədarükünün dayandırılması risklərinin əhəmiyyətli dərəcədə artması, həmçinin Avropa və bəzi qeyri-Avropa ölkələrinin digər ölkələrdən tədarükə tələbatı və bazarda defesiti artıraraq Rusiya yanacağından asılılığı azaltmaq niyyəti ilə bağlı artırılıb.

Pandemiyadan əvvəlki dövrdə 2019-cu ildə Rusiya gündə 11,5 milyon barel neft hasil edib ki, bu da qlobal hasilatın 12 faizini təşkil edib. Bunlardan gündəlik 9,2 milyon barel ixrac edilib, ixracın 57 faizi Avropa, 18 faizi Çin və 6 faizi ABŞ-ın payına düşüb. Gündə "bir neçə" milyon barel neft sanksiyalar və ya əks-sanksiyalar nəticəsində bazara çıxmaya bilər. Eyni zamanda, qlobal neftə tələbat və istehlak demək olar ki, pandemiyadan əvvəlki səviyyəyə qayıdıb və OPEC+ daha əvvəl təsdiq edilmiş qrafikə uyğun olaraq hasilatı artırmağa davam edir və aprel ayında gündəlik daha 400 min barel artım gözlənilir.

Buna baxmayaraq, "Fitch" uzunmüddətli proqnozunu saxlayır: 2025-ci ildə və ondan sonrakı illərdə Brent markalı neftin qiymətinin bir barel üçün 53 dollar səviyyəsində olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti