...

"Şahdəniz" yatağında qaz hasilatı 30 faiz artıb

Energetika Materials 4 Avqust 2022 17:44 (UTC +04:00)
"Şahdəniz" yatağında qaz hasilatı 30 faiz artıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin birinci yarısında "Şahdəniz" yatağından ümumilikdə - "Şahdəniz Alfa" və "Şahdəniz Bravo" platformalarından birlikdə təqribən 13 milyard standart kubmetr qaz və 2 milyon ton (18 milyon bareldən artıq) kondensat hasil edilib.

Trend bu barədə bp şirkətinə istinadən məlumat verir.

2021-ci ilin eyni dövründə bu göstərici 10 milyard standart kubmetr qaz və 1,9 milyon ton təşkil edirdi. Beləliklə, "Şahdəniz" yatağından hasilat il ərzində müvafiq olaraq 30 faiz və 5,3 faiz artıb.

Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 70 milyon (ildə 25 milyarddan artıq) standart kubmetrdir.

Müddət ərzində Şahdəniz yatağından Azərbaycan (Azərkontrakt ASC-yə), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC şirkətinə və Avropadakı alıcılara qaz çatdırılması davam edib.

Eyni zamanda, ikinci rübdə Şahdəniz Alfa platformasında quyularda bir sıra işlər aparılıb, sonra isə platformanın qazma qurğusunda profilaktik işlər davam edib.

İstiqlal və Maersk Explorer qazma qurğuları Şahdəniz 2 hasilatı və sonrakı tədrici artım üçün artıq ümumilikdə 21 quyu qazıb və bunlardan 19-unu tamamlayıb - yatağın şimal cinahında beş quyu, qərb cinahında dörd quyu, şərq-cənub cinahında dörd quyu, qərb-cənub cinahında dörd quyu, şərq-şimal cinahında iki quyu tamamlanıb; qərb-cənub cinahında bir quyu və şərq-şimal cinahında bir quyu tam dərinliyədək qazılıb və konservasiya olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti