...

Azərbaycan qazının Bolqarıstana tədarükü IGB-nin əsasını təşkil edir - Teodora Georgiyeva

Energetika Materials 1 Oktyabr 2022 16:15 (UTC +04:00)
Azərbaycan qazının Bolqarıstana tədarükü IGB-nin əsasını təşkil edir - Teodora Georgiyeva
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan qazının Bolqarıstana tədarükü Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) layihəsinin əsasını təşkil edir.

Trend-in məlumatına görə, bunu ICGB şirkətininin icraçı direktoru Teodora Georgiyeva bildirib IGB-nin açılış mərasimində deyib.

"Azərbaycanlı dost və tərəfdaşlarımızın dəstəyinin vacibliyini vurğulamaq istəyirəm. Bu gün Azərbaycan burada ən yüksək səviyyədə təmsil olunub. Prezident İlham Əliyev burada iştirak edir. Azərbaycan qazının Bolqarıstana tədarükü layihənin əsasını təşkil edir", - deyə o bildirib.

Onun sözlərinə görə, bu, Bolqarıstanda təbii qaz mənbələrinin real şaxələndirilməsini və enerji müstəqilliyini təmin edən ilk layihədir.

“Bu, ölkədə ilk tam avtomatlaşdırılmış qaz kəməridir və onu başa çatdırmaq üçün biz Avropada üçüncü ən böyük üfüqi istiqamətli qazma işlərini başa çatdırdıq. IGB həm də Bolqarıstanın TAP ilə yeganə birbaşa əlaqəsi olacaq və ölkəni Cənub Qaz Dəhlizinin bir hissəsinə çevirəcək”, - o deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti