Bakı. Trend:
Energetika naziri Pərviz Şahbazov oktyabrın 5-də keçiriləcək “OPEC plus” ölkələri nazirlərinin 33-cü iclasında iştirak etmək üçün Avstriyanın paytaxtı Vyanaya səfər edib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, tədbir COVID-19 pandemiyası ilə əlaqədar 2020-ci ilin martından bəri ilk dəfə oflayn rejimdə keçiriləcək.
Qeyd edək ki, Azərbaycan “OPEC plus” razılaşmasının iştirakçısıdır.