...

Azərbaycanda əhalinin enerji səmərəliliyi sahəsində məlumatlandırılması üzrə proqram hazırlanır

Energetika Materials 14 Oktyabr 2022 11:23 (UTC +04:00)
Azərbaycanda əhalinin enerji səmərəliliyi sahəsində məlumatlandırılması üzrə proqram hazırlanır
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Əhalinin enerji səmərəliliyi sahəsində məlumatlandırılması üzrə proqram Energetika Nazirliyinə noyabr ayının sonunadək təqdim olunacaq.

Bunu cümə günü Trend-ə COWI şirkətinin dayanıqlı enerji sahəsində eksperti Bilyana Çobanova deyib.

"Layihəmiz bu ilin fevralında başlayıb. Bu layihə Energetika Nazirliyinə enerji səmərəliliyi ilə bağlı aktların hazırlanmasında dəstək xarakteri daşıyır. Biz binaların sertifikatlaşdırılması və elektrik cihazlarının etiketlənməsi qaydalarını işləyib hazırlamışıq. İyun ayında dövlət qulluqçuları üçün treninqlər keçirilib. Noyabrın sonuna kimi biz Azərbaycan Energetika Nazirliyi üçün enerji səmərəliliyinin əhəmiyyəti barədə əhalini məlumatlandırmaq üçün proqram hazırlayacağıq", - deyə o bildirib.

Onun sözlərinə görə, layihə təkcə Bakı şəhərinə deyil, həm də bölgələrə şamil olunacaq.

"Azərbaycanda enerji səmərəliliyi barədə qanun qəbul olunduqdan sonra donorların bu cür layihələrdə iştirakına marağı artıb", - o deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti