...

Enerji səmərəliliyi Aİ ilə Azərbaycan arasında əməkdaşlığın başlıca istiqamətlərindəndir - Viktor Giner

Energetika Materials 14 Oktyabr 2022 12:17 (UTC +04:00)
Enerji səmərəliliyi Aİ ilə Azərbaycan arasında əməkdaşlığın başlıca istiqamətlərindəndir - Viktor Giner
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Enerji və enerji səmərəliliyi Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında əməkdaşlığın başlıca istiqamətlərindəndir.

Trend-in məlumatına görə, bunu cümə günü Aİ-nin əməkdaşlıq şöbəsi rəhbəri vəzifələrini icra edən Viktor Giner enerji səmərəliliyi sahəsində məlumatlılığın artırılması üzrə seminar zamanı deyib.

"Aİ 2017-ci ildən başlayaraq Azərbaycanı enerji səmərəliliyi siyasətinin yürüdülməsi üzrə səylərində dəstəkləyir. Həmin il "EU4Energy" layihəsi çərçivəsində enerji ehtiyatlarının səmərəli istifadəsi və enerji səmərəliliyi barədə qanunun birinci layihəsi hazırlanmışdı. 2021-ci ildə qanun qəbul olunduqdan sonra Aİ 2022-ci il ərzində Azərbaycanda enerji səmərəliliyinin artırılmasına yönəlmiş layihəni maliyyələşdirib", - deyə o bildirib.

V.Ginerin sözlərinə görə, beynəlxalq və yerli ekspertlər qrupu Energetika Nazirliyi ilə birgə binaların enerji səmərəliliyi, ekodizayn və elektrik avadanlıqlarının enerji markalaması üzrə aktlar hazırlayıb.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti