...

Türkiyə və Azərbaycan enerji səmərəliliyi sahəsində uğurla əməkdaşlıq edə bilər - Nəcməddin Tokur

Energetika Materials 14 Oktyabr 2022 19:25 (UTC +04:00)
Türkiyə və Azərbaycan enerji səmərəliliyi sahəsində uğurla əməkdaşlıq edə bilər - Nəcməddin Tokur
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə və Azərbaycan enerji səmərəliliyi sahəsində uğurla əməkdaşlıq edə bilər.

Bunu cümə günü Trend-ə BMT İnkişaf Proqramının enerji səmərəliliyi və bərpa olunan enerji üzrə baş texniki məsləhətçisi Nəcməddin Tokur deyib.

Onun sözlərinə görə, Türkiyə artıq çoxdan enerji səmərəliliyinin artırılması yoluna qədəm qoyub.

"Biz bu baxımdan Aİ qaydalarını qəbul etmişik. Bu sahədə təcrübəyə malik olan Türkiyə şirkətləri və hökumət Azərbaycanın enerji səmərəliliyinin artırılması yolunda irəliləməsinə böyük töhfə verə bilər", - deyə o bildirib.

N.Tokur əlavə edib ki, ölkədə müvafiq infrastrukturun yaradılması üçün yüksək motivasiya və qətiyyət lazımdır.

"Biz bu qətiyyəti və niyyəti Azərbaycan hökumətində, o cümlədən, özəl sektorda görürük", - o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti