...

Azərbaycan nefti ucuzlaşıb

Energetika Materials 4 Noyabr 2022 11:36 (UTC +04:00)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 3-də 92,26 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,28 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 96,21 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,24 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 68,17 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 1,73 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 95,81 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,19 dollar/barel azdır.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti