...

TAP bu il İtaliyaya 3 milyard kubmetr daha çox qaz tədarük edəcək - İcraçı direktor

Energetika Materials 10 Dekabr 2022 10:37 (UTC +04:00)
TAP bu il İtaliyaya 3 milyard kubmetr daha çox qaz tədarük edəcək - İcraçı direktor
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

31 dekabr 2020-ci il tarixindən - kommersiya istismarına başlanandan bu günə qədər Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə 18,5 milyard kubmetr qaz nəql edilib ki, bunun da təxminən 16 milyard kubmetri İtaliyanın payına düşüb.

Trend-in məlumatına görə, bunu "Sole 24 Ore" telekanalına TAP-ın icraçı direktoru Luka Skeppati deyib.

"2022-ci ildə TAP-la İtaliyaya təxminən 10 milyard kubmetr qaz nəqli gözlənilir ki, bu da 2021-ci ildəkindən (7 milyard kubmetr) 3 milyard kubmetr çoxdur", - deyə o bildirib.

L.Skeppati əlavə edib ki, son bir neçə ay ərzində TAP vasitəsilə Apuliyadakı Melendunyo qəbul terminalına gündə 25-28 milyon kubmetr qaz verilib.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan və Bolqarıstana isə bir milyard kubmetr qaz verir.

2020-ci il dekabrın 31-də Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya tədarükü başlayıb. Azərbaycan tarixdə ilk dəfə olaraq öz təbii qazını boru kəmərləri vasitəsilə Avropa bazarına çıxarıb. Dünyanın ən böyük təbii qaz idxalçısı olan Avropa bazarına birbaşa çıxışı olan Azərbaycan ixrac imkanlarını diversifikasiya edib.

Твиттер: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti