Bakı. Trend:
Azərbaycanda elektroenergetikanın inkişafı üzrə dövlət proqramları qəbul ediləcək.
Trend-in məlumatına görə, bu, "Elektroenergetika haqqında" yeni qanun layihəsində əksini tapıb.
Qanun layihəsi Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Qanun layihəsinə əsasən, elektroenergetikanın inkişafı məqsədilə müvafıq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfındən qısamüddətli (5 il müddətinə), orta müddətli (5 ildən 10 ilədək müddətə) və uzunmüddətli (10 ildən yuxarı müddətə) dövlət proqramları qəbul edilir.
Dövlət proqramı layihələrinin 'Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada strateji ekoloji qiymətləndirmə (SEQ) sənədi hazırlanır və həmin sənədin dövlət ekoloji ekspertizası həyata keçirilir.