...

TAP sualtı kabel sistemində yeni optik həll tətbiq edib

Energetika Materials 21 Mart 2023 11:38 (UTC +04:00)
TAP sualtı kabel sistemində yeni optik həll tətbiq edib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

EXA İnfrastruktur (EXA) EXA Trans Adriatic Express (TAE) sualtı kabel sistemində Infinera şirkətinin ICE6 800G koherent optik həllini tətbiq edib.

Trend bu barədə Infinera şirkətinə istinadən xəbər verir.

TAE EXA Infrastructure və Trans Adriatic Pipeline AG (TAP) konsorsiumunun birgə müəssisəsi olub, İtaliya, Yunanıstan və Türkiyə arasında etibarlı fiber optik infrastruktur təmin etmək üçün nəzərdə tutulub.

Sistem 2023-cü ilin may ayının sonlarından fəaliyyətə başlayacaq.

Məlumata görə, EXA özünün TAE müasir kabel kanalında buraxılış zolağına sürətlə artmaqda olan tələbatı qarşılamağa kömək etmək üçün ICE6 bazasında Infinera həllini seçib. Infinera ICE6 optik modulları unikal funksiyalardan istifadə, o cümlədən, yüksək detallaşdırılmış məlumatötürmə sürətinin konfiqurasiyası hesabına EXA kimi sualtı şəbəkə operatorlarını sahə üzrə ən yaxşı buraxılış qabiliyyəti ilə təmin edir.

Qeyd edək ki, Trans-Adriatik boru kəməri Xəzər dənizi hövzəsindən təbii qazı Avropaya tədarük edir. İlkin buraxılış qabiliyyəti ildə 10 milyard kubmetr olmaqla, 20 milyard kubmetrədək artırılması mümkündür.

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti