...

Pərviz Şahbazov Almaniyaya gedib

Energetika Materials 27 Mart 2023 14:20 (UTC +04:00)
Pərviz Şahbazov Almaniyaya gedib

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazov Almaniyanın federal xarici işlər naziri Annalena Berbok və Almaniyanın iqtisadiyyat və iqlim naziri, vitse-kansler Robert Habekin dəvəti ilə Almaniyaya səfər edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, P.Şahbazov 28-29 mart tarixlərində Berlində təşkil olunacaq "9-cu Berlin Enerji Keçidi Dialoqu" adlı beynəlxalq konfransda iştirak edəcək.

Müxtəlif ölkələrdən nazirlərin, beynəlxalq təşkilat və maliyyə institutlarından yüksək səviyyəli nümayəndələrin qatılacağı tədbirdə energetika nazirinin çıxışı və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti