Bakı. Trend:
Azəri-Çıraq-Günəşli (AÇG) üzrə 2023-cü ilin 3 ayı ərzində əldə olunan gəlirlər açıqlanıb.
Dövlət Neft Fondundan Trend-ə bildirilib ki, AÇG yatağından 2 044 mln. dollar (01.01.2023-01.04.2023 tarixinə) məbləğində gəlir əldə olunub.
Bu ilin üç ayı ərzində Şahdəniz yatağından qaz və kondensat üzrə əldə edilən gəlir 646,359 mln. dollar olub.
O cümlədən, həmin tarixdə Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 128,166 mln. dollar təşkil edib.
Xatırladaq ki, 2022-ci il üzrə AÇG yatağı üzrə əldə olunan ümumi gəlirlər 9 889 mln. dollar olub.