...

Elektroenergetika sektorunda qiymətlər yeni qaydalarla müəyyənləşəcək

Energetika Materials 11 Aprel 2023 12:12 (UTC +04:00)
Elektroenergetika sektorunda qiymətlər yeni qaydalarla müəyyənləşəcək
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Elektroenergetika sektorunda qiymətlərlə (tariflər) bağlı yeni qaydalar müəyyən edilir.

Trend-in məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Elektroenergetika haqqında" yeni qanun layihəsində əksini tapıb.

Qanun layihəsi Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Qanun layihəsinə əsasən, elektroenergetika sektorunda tənzimlənən qiymət va tariflər tənzimləyici tərəfindən müəyyən edilir.

Elektroenergetika sektorunda tənzimlənən qiymət va tariflər asagıdakılardır:
- elektrik enerjisinin otürüIməsi tarifləri;
- elektrik enerjisinin paylanmasi tarifləri;
- bazar operatorunun xidmətlərinin tarifləri;
- öturucu va paylayıcı şəbəkələrə qoşulma xidmətlərinin qiymətləri;
- sərbəst olmayan istehlakçılara, habelə bu Qanunun 19.8-ci maddəsində
nəzərdə tutulan sərbəst istehlakçılara salahiyyətli tachizatçı tərəfindan elektrik
enerjisinin tachizati tarifləri.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti