...

Neft qiymətləri stabilliyini qoruyub saxlayır

Energetika Materials 25 Aprel 2023 11:00 (UTC +04:00)
Neft qiymətləri stabilliyini qoruyub saxlayır

Bakı. Trend:

Çərşənbə axşamı səhər saatlarında dünyada neft qiymətləri tələbat perspektivləri ilə bağlı qeyri-müəyyənlik baxımından demək olar ki, dəyişməyib.

Trend çərşənbə axşamı xəbər verir ki, sövdələşmə məlumatları və analitik şərhləri bunu təsdiqləyir.

Brent markalı neftin iyul fyuçerslərinin qiyməti 0,1% ucuzlaşaraq bir bareli 82,46 dollara, WTI markalı neftin iyun fyuçerslərinin qiyməti isə 0,09% ucuzlaşaraq bir bareli 78,69 dollara düşüb.

Bazarlar ABŞ-da neftin kommersiya ehtiyatlarına dair məlumatları gözləməkdədir. Məlumatların çərşənbə günü dərc olunması planlaşdırılır. Analitiklər 21 aprelədək olan həftə ərzində ölkədə ehtiyatların öncəki həftə ərzində 4,6 milyon barel azaldıqdan sonra 1,66 milyon barel azaldığını ehtimal edirlər. Bundan başqa, benzin ehtiyatlarının 1,3 milyon barel artdıqdan sonra 1,5 milyon barel azaldığı, distilyat ehtiyatlarının isə 0,35 milyon barel azaldıqdan sonra 1,02 milyon barel azaldığı gözlənilir.

"Neft hazırda yeni katalizatorların olmadığı və tələbat perspektivləri ilə bağlı hələ də böyük qeyri-müəyyənliyin mövcud olduğu şəraitdə kursu tutmağa çalışır", - deyə "Bloomberg" agentliyi "ING Group NV"nin Sinqapurdakı xammal strategiyası şöbəsinin rəhbəri Varren Pattersondan sitat gətirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti