Bakı. Trend:
Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz yataqlarından bu ilin 4 ayı üzrə gəlirlər açıqlanıb.
Dövlət Neft Fondundan Trend-ə verilən məlumata görə, 2023-cü il yanvarın 1-dən mayın 1-dək AÇG yatağı üzrə əldə olunan ümumi gəlirlər 2 468 mln. ABŞ dolları təşkil edib.
Hesabat dövründə Şahdəniz yatağından (qaz və kondensat) gəlirlərin həcmi 935,754 mln. ABŞ dolları olub.
O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər bu ilin ilk 4 ayında 197,763 mln. ABŞ dolları təşkil edib.