...

Xəzər regionu enerji habına çevrilib - Pərviz Şahbazov (FOTO)

Energetika Materials 1 İyun 2023 09:51 (UTC +04:00)
Xəzər regionu enerji habına çevrilib - Pərviz Şahbazov (FOTO)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Geostrateji baxımdan Xəzər regionu enerji habına çevrilib.

Trend -in məlumatına görə, bunu bu gün Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakı Enerji Həftəsi çərçivəsində deyib.

Onun sözlərinə görə, ölkəmiz Avropanın və bütövlükdə regionun enerji təhlükəsizliyinin təmin edilməsində öz rolunu gücləndirib.

"Bildiyiniz kimi, biz bu gün Azərbaycan qazının Aİ-yə ixracında mühüm rol oynayan Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarı olmuşuq. Bu gün biz qazımızı 6 ölkəyə ixrac edirik və inanırıq ki, bu ölkələrin sayı artacaq. Mən həmçinin üçüncü ölkələrlə tərəfdaşlıq və əməkdaşlığın qarşıya qoyulan məqsədlərə çatmaq üçün çox vacib olduğunu hesab edirəm”, - deyə o bildirib.

Nazirin sözlərinə görə, Azərbaycan təbii qaz mənbələrinin artırılması üzərində işləyir

“Bu gün ölkəmizin ehtiyatında 1,7 trilyon kubmetrə yaxın təbii qaz var ki, onu gələcəkdə digər ölkələrə də ixrac etməyi planlaşdırırıq. Bundan əlavə, 2028-ci ilə qədər bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi hesabına biz təxminən 1 milyard kubmetr qaza qənaət edərək ixraca yönəldəcəyik”, - deyə o bildirib.

Şahbazov həmçinin bildirib ki, hökumət ölkənin hidrogen istehsalı potensialını qiymətləndirmək üçün AYİB ilə işləyir.

"İlkin məlumatlar artıq müsbət potensialdan danışır. Xüsusilə, Naxçıvanın bərpa olunan enerji üzrə də böyük potensialı var. Biz həmçinin MASDAR, Acwa Power kimi böyük oyunçuları bu regionlara cəlb etməyi planlaşdırırıq".

Nazir qeyd edib ki, gələcəkdə yaşıl enerjinin xarici bazarlara nəqli sahəsində birinci mərhələdə 4 qiqavat təmiz enerjinin Aİ-yə, 1 qiqavatın Türkiyəyə nəqli gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti