...

Azərbaycan Bolqarıstanda təsərrüfatların qazlaşdırılmasında maraqlıdır

Energetika Materials 17 İyun 2023 11:21 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Bolqarıstanda təsərrüfatların qazlaşdırılmasında maraqlıdır.

Trend şənbə günü xəbər verir ki, bunu Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov bu ölkənin energetika naziri Rumen Radevlə görüşündə deyib.

Səfir Bolqarıstan-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinin qısa müddət ərzində bərpa edilməsinin əhəmiyyətini vurğulayıb.

Nazir R.Radev Azərbaycanın enerji sahəsində strateji və etibarlı tərəfdaş olduğunu vurğulayıb.

Tərəflər Bolqarıstan bazarına və regional bazarlara qaz tədarükünün təmin olunması üzrə əməkdaşlığın genişləndirilməsində, həmçinin bərpa olunan enerji texnologiyalarının inkişafında maraqlı olduqlarını bildiriblər. Bundan başqa, hidrogendən istifadə imkanları da müzakirə olunub.

Görüşdə, həmçinin Bolqarıstanın energetika nazirinin müavini İva Petrova, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Bolqarıstan ofisinin rəhbəri Murad Hüseynov, SOCAR nümayəndələri, həmçinin Azərbaycan Respublikası Energetika Nazirliyinin mütəxəssisləri iştirak ediblər.

Xatırladaq ki, Bolqarıstan Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) vasitəsilə Azərbaycandan qaz idxalına 1 oktyabr 2022-ci ildə başlayıb. İnterkonnektorla qaz tədarüklərinin müqavilə həcmi ildə 1 milyard kubmetrdir. IGB-nin ümumi gücü ildə 5 milyard kubmetrədək genişləndirmə imkanı ilə 3 milyard kubmetrdir.

Azərbaycan Cənub Qaz Dəhlizi ilə Avropaya qaz nəqlinə 31 dekabr 2020-ci ildə başlayıb. Bu il Azərbaycan Avropaya 12 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Twitter: @Lyaman_Zeyn

Xəbər lenti

Xəbər lenti