...

"Suraxanı" yatağında neft hasilatının həcmi açıqlanıb

Energetika Materials 21 İyun 2023 14:37 (UTC +04:00)
"Suraxanı" yatağında neft hasilatının həcmi açıqlanıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın "Suraxanı" yatağında 2022-ci ildə neft hasilatı proqnozlaşdırılan 1.10 milyon barellə müqayisədə 1.04 milyon barel olub.

Trend bu barədə çərşənbə günü Hesablama Palatasına istinadən xəbər verir.

Məlumata əsasən, ötən il yataqda istehsalat planı 94% yerinə yetirilib.

Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) bu yataqdan gəliri proqnozlaşdırılan 5.67 milyon dollarla müqayisədə 5.31 milyon dollar olub.

Qeyd edək ki, “Suraxanı” neft yatağı Bakı şəhərindən 16 km şimal-şərqdə yerləşir. “Azərbaycan Respublikasının Suraxanı neft yatağının daxil olduğu Blokun Bərpası, İşlənməsi və Hasilatın Pay Bölgüsü haqqında Saziş” 16 avqust 2005-ci ildə qüvvəyə minib.

Sazişdə razılaşdırılan ərazinin ümumi sahəsi 13 kv.km-dir.

2006-cı ilin may ayından yataq "Surakhani Oil" əməliyyat şirkəti tərəfindən işlənilir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti