...

Türkiyə bərpa edilən enerjiyə görə Avropada beşinci yerdədir - Alparslan Bayraktar

Energetika Materials 31 İyul 2023 13:45 (UTC +04:00)
Türkiyə bərpa edilən enerjiyə görə Avropada beşinci yerdədir - Alparslan Bayraktar

Bakı.Trend:

Türkiyə bərpa edilən enerji sahəsində Avropada beşinci yerdədir.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, bu sözləri Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.

"Hazırda Səudiyyə Ərəbistanı ilə enerji sahəsində çox ciddi anlaşma gündəmdədir. Körfəz ölkələri ilə 29,7 milyard dollar dəyərində müqavilə imzalandı. Energetika sahəsində əməkdaşlıqlar bölgədəki münaqişələri də həll edə bilər", - deyə o əlavə edib.

A.Bayraktar onu da vurğulayıb ki, Türkiyənin bərpa edilən və nüvə enerjisi üçün yatırımları davam edir.

"Növbəti 2023-2053-cü illər üçün hədəflərimizdən biri də əsas prioritet olan bərpa olunan enerjidir. Neft kəşfiyyatına öz qazma və seysmik gəmilərimizlə davam edirik. Türkiyədə təbii qaz və elektrik enerjisini artırmalıyıq. Qabar və Qara dənizdə neft kəşfiyyatı ilə bağlı ilk mərhələ tamamlanıb. 2024-cü il üçün hədəf gündəlik 200 min barel neft hasilatıdır", - deyə o qeyd edib.

Türkiyəli nazir onu da bildirib ki, Akkuyu Atom Elektrik Stansiyasının birinci blokundan 2024-cü ildə elektrik enerjisi istehsalı hədəflənir.

Xatırladaq ki, mayın 2-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin cənub-şərqindəki Şırnak əyalətinin Cudi və Qabar rayonlarında yeni neft ehtiyatlarının aşkar edildiyini açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti