...

bp ACE platformasında qazma işlərinin başlayacağı vaxtı açıqlayıb

Energetika Materials 13 Sentyabr 2023 12:13 (UTC +04:00)
bp ACE platformasında qazma işlərinin başlayacağı vaxtı açıqlayıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin oktyabr ayında "Mərkəzi-Şərqi Azəri" (ACE) platformasında qazma işləri başlayacaq.

Trend xəbər verir ki, bunu BP Azərbaycan şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tamam Bayatlı Səngəçal terminalı üzrə mediaturda deyib.

Onun sözlərinə görə, hazırda layihə platformasında tikilən yeni platformanın montajı davam edir.

"Yeni platformadan ilk nefti 2024-cü ilin əvvəlində əldə etməyi planlaşdırırıq", - o deyib.

Qeyd edək ki, ACE platformasından ilk neft hasilatı gələn ilin əvvəlinə planlaşdırılır. ACE platforması və avadanlığı gündəlik 100 min barelədək neft emalı üçün nəzərdə tutulub. Layihənin bütün icra müddəti ərzində 300 milyon barelədək neft hasil ediləcəyi gözlənilir. Platforma məsafədən Səngəçal terminalından idarə olunacaq və yeni innovativ avtomatlaşdırma sistemini özündə birləşdirəcək.

AÇG-də iştirak payları aşağıdakı kimidir: BP- 30,37%; SOCAR- 25,00%; MOL- 9,57%; INPEX- 9,31%; Equinor- 7,27%; ExxonMobil- 6,79%; TPAO- 5,73%; ITOCHU- 3,65% və ONGC Videsh Limited (OVL)- 2,31%.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti