...

Azərbaycanda bp şirkətinin operatoru olduğu layihələrə investisiyaların həcmi açıqlandı

Energetika Materials 6 Mart 2024 13:56 (UTC +04:00)
Azərbaycanda bp şirkətinin operatoru olduğu layihələrə investisiyaların həcmi açıqlandı
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

bp şirkətinin Azərbaycanda fəaliyyət göstərdiyi 32 il ərzində operatorluq etdiyi layihələrə ümumilikdə 84 milyard dollar investisiya qoyulub.

Trend xəbər verir ki, bu barədə "BP-Azerbaijan" şirkətinin mətbuat mərkəzinin rəhbəri Tamam Bayatlı "Şəfəq" layihəsi üçün Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin ilkin versiyasının müzakirəsi üçün ictimaiyyətlə görüşdə deyib.

"bp şirkəti və tərəfaşları 32 il ərzində Azərbaycandakı layihələr üzrə fəaliyyətə toplam 84 milyard dollar yatırıb", - deyə bp nümayəndəsi qeyd edib.

Onun sözlərinə görə, şirkətin Azərbaycanda iştirakında ən mühüm məqam 2024-cü ildən etibarən ilk "yaşıl" layihənin reallaşdırılması - Cəbrayıl yaxınlığında 240 meqavatt gücündə "Şəfəq" günəş elektrik stansiyasının (GES) tikintisi olacaq.

"Bu layihəyə investisiyaların həcmi bu ilin sonunadək dəqiqləşdiriləcək. Bu, layihə çərçivəsində tender nəticələrindən asılı olacaq. Şirkət bu ilin sonunadək sözügedən GES-in tikintisi üzrə Azərbaycan hökuməti ilə yekun investisiya qərarını imzalayacağına ümid edir", - T.Bayatlı deyib.

bp şirkətinin nümayəndəsi layihənin tamamilə şirkət tərəfindən maliyyələşdirilə biləcəyini istisna etməyib. Onun sözlərinə görə, bu məsələyə il ərzində aydınlıq gətiriləcək.

Qeyd edək ki, daha əvvəl sözügedən GES-ə investisiyalar 200 milyon ABŞ dolları olaraq qiymətləndirilirdi. 2023-cü ilin payızında layihəyə SOCAR və AİK də layihəyə qoşulmaq istədiklərini bildiriblər. Hazırda onların layihədə iştirakının təfərrüatı dəqiqləşdirilir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti