...

Türkiyədə STAR NEZ-ə xam neft tədarükünün həcmi azalıb

Energetika Materials 28 Mart 2024 16:00 (UTC +04:00)
Türkiyədə STAR NEZ-ə xam neft tədarükünün həcmi azalıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ilin yanvar ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki STAR neft emalı zavoduna (NEZ) 939,838 ton neft tədarük olunub.

Trend bu barədə Türkiyə Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinin (EPDK) məlumatlarına istinadən xəbər verir.

Bu, zavoda neft tədarüklərinin 2023-ci ilin analoji dövründə tədarük olunan 966 669 tonla müqayisədə 2,8 faiz azalması deməkdir.

EPDK-nin hesabatına əsasən, bu dövrdə zavodda müxtəlif neft məhsulları, o cümlədən 581 min 804 tona yaxın dizel yanacağı, təqribən 4 min 60 ton biodizel tərkibli dizel yanacağı, 103 min 497 ton aviasiya yanacağı, 90 min 148 ton digər məhsullar, təqribən 31 min 090 ton ağır vakuum qazoylu, 16 min 049 ton maye neft qazı, 176 min 025 ton nafta, 65 min 761 ton neft koksu, 39 min 523 ton neft zavodu qazı və 14 min 896 ton yüksək kükürdlü dizel yanacağı istehsal olunub.

Xatırladaq ki, investisiya dəyəri 6,3 milyard olan STAR neft emalı zavodu 2018-ci ilin oktyabrında istismara verilib. Layihənin dəyərinin təqribən 3,3 milyard dolları kreditlərin hesabına qarşılanıb. STAR zavodunun investisiyalarının ümumi həcminin yeddi milyard dollar təşkil edəcəyi gözlənilir.

STAR neft emalı zavodunun illik emal gücü təqribən 10 milyon ton təşkil edir. Zavod gündəlik 214 min barel xam neft emal etmək qabiliyyətinə malikdir.

X: @Lyaman_Zeyn

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti