Bakı. Trend:
İxrac boru kəmərindəki texniki xidmət səbəbindən Türkiyəyə Azərbaycan qazının nəqli dayandırılacaq.
Trend bu barədə Türkiyənin "BOTAŞ" dövlət şirkətinin rəsmi məlumatına istinadən xəbər verir.
""Şahdəniz"dən qazın nəqli ilə bağlı ixrac qaz kəmərindəki texniki xidmət və təmirlə əlaqədar planlaşdırılmış işlər səbəbindən iyulun 31-dən avqustun 5-dək "Türkgözü" giriş məntəqəsindən Türkiyənin milli qazpaylayıcı şəbəkəsinə, avqustun 5-dən 9-dək isə TANAP girişindən "Seyitqazi"yə qazln nəqli mümkün olmayacaq", - məlumatda deyilir.
BOTAŞ bildirib ki, qeyd olunan dövr ərzində Türkiyənin milli qazpaylama şəbəkəsində tələb və təklif balansının təmin edilməsi üçün tədbirlər görüləcək.
(Tərcümə: Rəna Əbdürəhmanova)