...

Azərbaycanda ilk dəfə quruda horizontal quyu qazılacaq

Energetika Materials 6 Dekabr 2024 13:39 (UTC +04:00)
Azərbaycanda ilk dəfə quruda horizontal quyu qazılacaq
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

“Gl Group” Azərbaycan tarixində 4400 metr dərinlikdə quruda ilk horizontal quyunun qazılmasına hazırlaşır.

Trend şirkətə istinadən xəbər verir ki, quyunun horizontal hissəsi təxminən 400 metr uzunluğunda olması planlaşdırılır və quyunun hədəfi bu dərinlikdə yerləşən neft yataqlarıdır.

“Bu layihə Salyan rayonunda yerləşən Kürsəngi və Qarabağlı yataqlarında üç yeni mürəkkəb dərin quyunun qazılmasını əhatə edən daha geniş təşəbbüsün bir hissəsidir. Bu təşəbbüs həmin yataqlarda 14 illik fasilədən sonra qazmanın bərpasını simvolizə edir”, – deyə məlumatda bildirilir.

Qeyd olunub ki, artıq qazma xidmətlərinin göstərilməsi üçün tender elan edilib.

Xatırladaq ki, “GL Group” hazırda Azərbaycanda beş neft-qaz yatağını idarə edir: Salyan rayonundakı Kürsəngi və Qarabağlı, həmçinin Abşeron yarımadasındakı Buzovna-Maştağa, Qala və Zirə yataqları.

Xəbər lenti

Xəbər lenti