...

bp Səngəçal terminalı vasitəsilə 2025-ci ildə ixrac olunan neftin həcmini açıqladı

Energetika Materials 12 Fevral 2026 13:25 (UTC +04:00)
bp Səngəçal terminalı vasitəsilə 2025-ci ildə ixrac olunan neftin həcmini açıqladı
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci il ərzində Səngəçal terminalı vasitəsilə təxminən 209 milyon barel neft və kondensat ixrac edilib ki, bu həcmlərin hamısı Bakı-Tbilisi-Ceyhan vasitəsilə nəql edilib. 2024-cü ildəki 225 milyon barrellə müqayisədə bu göstərici illik ifadədə 7,1 faiz azdır.

Trend bu barədə bp-yə istinadən xəbər verir.

2025-ci ildə AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, Şahdəniz qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti