Azərbaycan Dövlət Neft Şirkəti (AR DNŞ) Gürcüstanın Supsa limanından Azəri Light markalı növbəti gəlir neftinin satışı üzrə tender elan edib. AR DNŞ-dən Trend ə bildirildiyi kimi, 1 mln barel Azəri Light neftinin (135 min ton) Supsadan nəqli sentyabrın 30-u-oktyabrın 1-də gözlənilir.
AR DNŞ nümayəndəsinin sözlərinə görə, tender sentyabrın 7-də bağlı elan olunacaq. Şirkət Supsadan nəql olunmuş 1 mln barel nefti Almaniyanın Select Energy GMBH şirkətinə satıb.
2005-ci ildə AR DNŞ Supsadan ümumi həcmi 945 min ton olan 7 tanker neft nəql etmək istəyir ki, bu da 2004-cü ilin göstəricisinə bərabərdir. Bu il AR DNŞ-də yüngül Azərbaycan neftini Glencore, Arcadia, Çexiyanın Unipetrol, Total və R-Trading şirkətləri alıb.