...

DÖVLƏT NEFT ŞİRKƏTİ HAKİMLƏRİN QƏRARINI GÖZLƏYİR

Energetika Materials 28 Sentyabr 2005 14:14 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) oktyabrda əvvəllər Xəzərdəki "Kürsəngi"- "Qarabağlı" yatağının işlənməsində iştirak edən Amerikanın Frontera Resources şirkətinin işi üzrə məhkəmə araşdırması ilə bağlı hakimlərin qərarını gözləyir. Bu barədə Trend ə ARDNŞ-dən məlumat verilib.

Şirkətdən bildiriblər ki, hazırda məhkəmə işinə hakimlər tərəfindən baxılır. "Stokholmdakı Beynəlxalq Arbitraj Mhəkəmsinin qaydaları hakimlərin qəbul edəcəyi qərarın müddətini göstərmir. Buna görə də proses uzun müddət davam edə bilər. Həmçinin, qısa müddətə qərar çıxarılmasına təsir edən heç bir mexpanizm də mövcud deyil. Buna baxmayaraq, biz gəlan ay qərarın çıxarılacağını gözləyirik.Biz artıq hakimlərin xərclərini ödəmişik ", - deyə ARDNŞ-dən bildiriblər.

Frontera Resources şirkəti ARDNŞ-ə qarşı dəymiş ziyana görə 23 milyon dollar ödəmək barədə iddia qaldırıb. Ondan 15 milyon 737 min. 447 dolları tələb edilən iməbləği, 7 milyon dolları - faizləri, $600 minə yaxın isə hüquqşünasların xərclərini, $300 min isə arbitraj məhkəməsinin xərclərini və s. təşkil edir.

Frontera Resources -dən Trend ə bildiriblər ki, hazırda şirkət yaranmış vəziyyətlə bağlı heç bir şərh verə bilməz.

Xəbər lenti

Xəbər lenti